26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan çadra və niqabı qadağan etmədi

26.12.2018

Gürcüstan İnsan Haqları Komitəsinin üzvləri Vətənpərvərlər Alyansı Partiyasından olan deputat Emzar Kviçianinin müsəlman qadın geyimləri olan çadra, niqab və burkanın qadağan edilməsini təklif edən qanun layihəsini qəbul etməyib.
"Dövran media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Sofio Kiladze deyib. Onun sözlərinə görə, hazırda parlamentdə dini məsələlərlə bağlı çoxlu sayda qanun layihəsi toplanıb. O, bunun həlli üçün xüsusi işçi qrupunun yaradılacağını və Kviçianinin də təşəbbüsünün burada müzakirə olunacağını bildirib.
Qeyd edək ki, Kviçianinin təşəbbüsünə əsasən, çadra, niqab və burkanın bütün ictimai yerlərdə geyinilməsi qadağan edilməlidir. O, bu qanO, bu qanunu ilk dəfə pozanların 500 lari, ikinci dəfə pozanların isə 1500 lari cərimələnməsini tələb edib.