"Psixiatrların sayı artırılmalıdır"
01.04.2024
Bu gün orta məktəblərdə şagirdlərin psixoloqa müraciəti kifayət qədər aktivdir. Bu pozitiv mesajdır. Keçmişdə psixiatr ixtisası əlçatan olmayıb. Görüləcək tədbirlərlə cəmiyyətin, tibbi icmanın bu ixtisasa hörməti artacaq.
Bunu səhiyyə naziri Teymur Musayev "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
Nazir bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində psixi sindromları olan şəxslərlə bağlı praktiki addımlar atılıb, İşçi Qrupu yaradılmışdı. Nazir əlavə edib ki, psixiatriya ixtisasının təbliği istiqamətində cəmiyyətin və Tibb Universitetinin xüsusi rolu var: "Gələcək 3-5 il ərzində psixiatrların sayı artırılmalıdır”.