08 10 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Trampa qarşı məhkəmə prosesi başlayıb

16.04.2024



Aprelin 15-də Nyu-York şəhərində ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ilk məhkəmə prosesi başlayıb. Məhkəmə binası yaxınlığında yüzdən çox jurnalist toplaşıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, məhkəmədə şəxsən iştirak edən Donald Tramp mətbuata qısa açıqlamasında prosesin "ifritə ovu” olduğunu bir daha təkrarlayıb.

Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürən Donald Tramp 2016-cı ildə seçki kampaniyası üçün topladığı vəsaitləri qanunsuz xərcləməkdə, sənədləri saxtalaşdırmaqda və aktrisa Stormi Denielsə 130 min dollar verməkdə ittiham olunur.

Trampın aktrisaya pul verməsi qanun pozuntusu olmasa da, ödəniş məhkəmə xərcləri kimi sənədlədirilib.