30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AFFA-nın maliyyə hesabatı açıqlanıb

02.04.2024


AFFA-nın ötən il üçün maliyyə xərcləri məlum olub.

AZƏRTAC xəbər verir ki, qurumun 2023-cü ildə əsas fəaliyyət xərcləri 27 957 622 manat təşkil edib.

Xərclərin 12 806 378 manatı milli komandalara sərf olunub.

Bununla yanaşı, 4 503 450 manat əməkhaqqı və ezamiyyə xərclərinə, 1 978 885 manat isə U-10-dan başlayaraq qız və oğlanlar arasında liqaların təşkilinə xərclənib.

Ümumi xərclərin 3 783 min 469 manatı hakimlər və hakim-inspektorlara, 685 min 548 manatı təsərrüfat xərclərinə, 785 min 117 manatı oyunların təşkilinə, 335 min 869 manatı aviabilet və otel xərclərinə ayrılıb.

229 973 manatı nəqliyyat xərclərinə, 170 370 manatı kommunal və rabitə xərclərinə, 161 786 manatı təhsilə, 273 064 manatı Marketinq və Sponsorluq Departamentinə, 408 097 manatı "Elit Məşq", 54 030 manatı "Futbol dərsi" layihəsinə, 1 100 429 manatı VAR layihəsinin tətbiqinə, 681 157 manatı isə digər xərclərə ayrılıb.