28 09 2023-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Şəhla Zeynalova təqdim edir: Ana doğum zamanı ölərsə...

15.07.2020



Gündəlik həyatımızda belə hallarla da qarşılaşırıq. Bu zaman həyatda qalan uşaq əlbəttə ki, ananın ölümündən məsuliyyətli deyildir. Lakin, uşaq günahsız olduğunu bilsə belə bu onu rahatlatmır. 

Bert Hellinger ailəyə bir sistem kimi yanaşırdı və bu sistem hər nəsildə fərqli olur. Ona görə də uşaq sosial varlıq olaraq bir sistemə bağlı olduğunu bilir və bu sistemə anasının həyatı bahasına bağlanmışdır. Davamlı olaraq həyatını anasının ölümü ilə bağlı olaraq gördüyünə görə, bu günahkarlıq hissinin təzyiqindən xilas ola bilmir.

Bert Hellinger qeyd edir ki, əgər uşaq bununla yaşaya bilmədiyinə görə intihar edərsə, o zaman uşağın ölümündən sanki ananın ruhu məsuliyyətli tutulur. Qadın bu sistemdə hörmətə layiq bir yer almalı və uşaq anasına bunu deməlidir:’’ Əgər həyatını mənim doğumumda itirmisənsə, bu boşuna olmamalıdır. Bu həyatı, sənə və mənə dəyər bütün bədəlləri ilə alıram. Sənin şərəfinə bu həyatı yaxşı şeylər edərək yaşayacağam.’’ 

Bu, uzlaşma və barış gətirir və ancaq o halda ananın fədakarlığının müsbət bir təsiri olur. Bununla Bert Hellinger sistem terapiyası vasitəsiləbu və bunun kimi məsələləri həll edirdi.