29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misir prezidenti kimi and içib

02.04.2024


Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Nümayəndələr Palatasının (parlament) üzvləri qarşısında konstitusiya andı içib və bununla da rəsmi olaraq üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Prezident Aparatı tərəfindən canlı yayımlanan andiçmə mərasimi Misirin yeni inzibati paytaxtında baş tutub.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ölkədə keçirilən prezident seçkilərində Əbdül Fəttah əs-Sisi 90 faiz səslə qalib gəlib. Misir qanunlarına görə, prezidentin səlahiyyət müddəti altı ildir. Əbdül Fəttah əs-Sisi həmin seçkilərdə üçüncü və mövcud konstitusiyaya görə sonuncu dəfə namizədliyini irəli sürüb.