03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İkiqat vergitutma aradan qaldırılır

23.04.2024


Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş təsdiqlənib.

 "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq olunması barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Sənəd vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını və vergidən yayınma hallarının qarşısının alınmasını, həmçinin bu sahədə bir sıra digər məsələlərin həllini təmin edəcək.