21 06 2024-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NASA-nın yarışında Azərbaycanı gənc 3-cü yeri tutub

23.04.2024



Eşitmə və nitq məhdudiyyətli gənc Sənan Mirzəzadə NASA-nın ideya rəhbəri olduğu FRC yarışında iştirak edib.

 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, dünyanın 4 ən böyük robototexnika yarışından biri olan "FIRST Robotics Competition” (FRC)-da Azərbaycanı təmsil edən "Mechack9030” komandasında yer alıb. Sənan hər il yuxarı sinif şagirdləri arasında keçirilən robototexnika üzrə beynəlxalq müsabiqəyə İRİA-nın dəstəyi ilə qatılıb.

"Sənanın hekayəsi öz xəyallarının arxasınca gedən hər birimiz üçün nümunədir. Texnologiyanın dili bəşəridir, yaş, məkan və ya hər hansı sağlamlıq məhdudiyyəti İKT sahəsində karyera üçün əngəl deyil”, – deyə İRİA-nın sədri İnarə Vəliyeva vurğulayıb.

Sənan Mirzəzadənin bir çox gənc üçün ilham mənbəyi olacağını əlavə edən İ.Vəliyeva ona gələcəkdə kibertəhlükəsizlik üzrə karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Sənan Mirzəzadə 10 yanvar 2007-ci ildə Ağdam rayonu Qaradağlı kəndində doğulub. Hazırda Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı məktəbdə təhsil alır. 2019-cu ildən etibarən intensiv şəkildə informasiya texnologiyaları üzrə biliklər əldə etməyə başlayıb və dövrün ən müasir İT bacarıqlarına yiyələnib. Sənan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ötən il iyulun 24-29-da keçirilmiş "Cyber Summer School 2023” yay düşərgəsində iştirak edib. Düşərgənin sonunda keçirilən müsabiqədə fəal iştirakı ilə seçilən Sənan sertifikat və hədiyyə ilə təltif edilib.

Bundan əlavə, Sənan Milli Abilimpiya Federasiyası tərəfindən təşkil edilmiş Milli Abilimpiya Çempionatında informasiya texnologiyaları nominasiyası üzrə üçüncü yerin qalibi olub.