27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“DragonFire” lazer silahı Ukraynaya yerləşdiriləcəkmi?

15.03.2024



Böyük Britaniya tədqiqat və inkişaf mərhələsində olan "DragonFire” lazer silahı sistemini Ukraynada yerləşdirməyi planlaşdırmır.

Bu barədə "Newsweek” jurnalı həmin silahın Ukraynada döyüş şəraitində sınaqdan keçirilməsinə hazırlıq görüldüyünə dair söz-söhbətlər fonunda Böyük Britaniya ordusuna istinadla məlumat yayıb.

Bir müddət öncə Britaniya Müdafiə Nazirliyi "DragonFire” silahının yanvar ayında həyata keçirilən uğurlu sınaqlarının görüntülərini nümayiş etdirib. Silahın bir atışının cəmi 10 funt-sterlinqə (12,7 dollar) başa gəldiyi bildirilir.

Nazirliyin sosial media hesabında paylaşılan məlumatda gələcəkdə Birləşmiş Krallığın Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin əsasının "DragonFire” silahlarından təşkil ediləcəyi qeyd olunub.