29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ABŞ-ı hədələyir

16.04.2024


Əgər "Patriot” zenit raket komplekslərinin akkumulyatorları verilməsə, Ukrayna ABŞ-ın neft zavodu ilə bağlı çağırışına niyə qulaq asmalıdır?!

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Ukrayna rəmisi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Rusiyaya hücumla bağlı çağırışını şərh edib:

"Əgər tərəfdaşlar desələr, sabah sizə yeddi "Patriot” akkumulyatoru verəcəyik, amma filan işi görməyin, deməli, o zaman ortada müzakirə ediləsi nəsə var. Lakin belə bir şey yoxdursa, o zaman nəyi müzakirə edəcəyik? Rusiya neft emalı zavoduna edilən hücum ancaq onun enerji bazarına təsir göstərək. Bu, qlobal hücum deyil”.

Qeyd edək ki, bir müddət öncə ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanı dünya yanacaq bazarında sabitliyin pozulmaması üçün Rusiyanın neft emalı zavoduna hücum etməməyə çağırıb.