30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2023-də UEFA Azərbaycan klublarına nə qədər vəsait ödəyib?

02.04.2024

UEFA-nın ötən il Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb.

DM xəbər verir ki, Avropa futbol qurumu 2023-cü ildə komandalara ümumilikdə 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı isə "Səbail"ə verilib.

Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq milli assosiasiya tərəfindən klubların hesabına köçürülüb.