08 10 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Psixoloq təqdim edir: RƏQABƏT

28.08.2020



Biz rəqabəti istənilən sferada görə bilərik. Bəzi müəlliflər qeyd edir ki, rəqabətin olması vacibdir. Rəqabət sayəsində bir neçə uğura imza atmaq olar. Xüsusilə biznes sahəsində rəqabətin olmasını dəstəkləyirlər.

Bəs rəqabətin bizə bilmədiyimiz, fərqində olmadığımız təsiri nələrdir?

Müqayisə olunaraq böyüyən uşaqlar rəqabətə meyilli olurlar. Bəzən valideynlər fərqində olmadan uşaqları,sonra isə öz valideynliklərini digərlərinkinin oxşar deyil, fərqli tərəfləri ilə müqayisə edirlər. Kiçik yaşlarda olan uşaqların bir-biriləri ilə münasibətləri pozulmağa başlayır. Gələcəkdə dostluq münasibəti qura bilmir və özləri ilə barışmış yetkin birinə çevrilə bilmirlər.

Rəqabətin əsas xarakteri ondan ibarətdir ki, əgər insan irəlidə olmaq və yaxud irəli getmək istəyirsə mütləq özündən əvvəl kimisə əzib keçməlidir. Halbuki istənilən məsələdə əməkdaşlıq edərək ortaq yolu tapmaq və inkişaf etmək mümkündür. İnsanı motivasiya edən rəqabət olmamalıdır. Əks halda kiçik uğursuzluqda ruh düşkünlüyü yaşaya bilər və bu həmçinin özgüvənə təsir edə bilər. 

Unutmamalıyıq ki, hər kəs unikal, əvəz olunmaz, fərdi və xüsusidir. Hər şeydən öncə hamımız insanıq. İnsanlarla oxşar tərəflərimizi tapmağa fokuslaşsaq, münasibətlərimizi düzgün müstəvidə qura və bir-birimizi inkişaf etdirə bilərik.