04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail “Hizbullah”ın komandirlərinin öldürüldüyünü iddia edib

23.04.2024


İsrail ordusu (SAXAL) Livanda fəaliyyət göstərən "Hizbullah” hərəkatının iki komandirinin öldürüldüyünü bildirib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün səhər saatlarında Livanın cənubuna endirilən raket zərbəsi nəticəsində "Hizbullah” hərəkatının hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Azkul öldürülüb.

"Hüseyn Əli Azkulun öldürülməsi "Hizbullah” hərəkatının hava hücumundan müdafiə qüvvələrinin imkanlarına ciddi ziyan vurur”, - deyə məlumatda bildirilir.

Bundan başqa, SAXAL ötən gecə Arzun bölgəsində hərəkatın xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri olan Məhəmməd Xəlil Atiyanın da öldürüldüyünü iddia edib.