29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maaş və pensiyalar artırılacaq

02.04.2024


Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin "Sosial saat” verilişində deyib.

O bildirib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz:

"Həyat davam etdikcə yeni çağırışlar ortaya çıxır. Bunu davamlı olaraq həyata keçirməsək geriyə düşəcəyik. Bugünkü rəqəmlərlə qane ola bilmərik. Minimum pensiya və əmək haqqının artırılması yenə davam edəcək. Hökumətin məqsədi də sosialyönümlü siyasətin davam etməsi, növbəti mərhələdə Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasıdır”.