30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TikTok ötən il Azərbaycanda iki milyondan çox videonu silib

01.04.2024


Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin təhlükəsizliyini mütləq prioritet
hesab edie və insanların yaradcılıqlarını göstərə, bir ara gələ və yeni biliklər qazana biləcəyi
xoş mühit yaradır. Platformada təhlükəsizliyi qorumaq üçün TikTok platformanın İcma
Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ
texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada
müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da
istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır.
TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq aktiv şəkildə silinən
videolar və hesablar haqqında məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan
məzmunun həcmi və xarakteri haqqında məlumat verən İcma Təlimatlarının İcra Hesabatları
vasitəsilə rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən,
2023-cü ilin dördüncü rübündə dünya üzrə:

• 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə
TikTok tərəfindən silinən ən yüksək video sayıdır.
• Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər
verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
• Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
• 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.
Eyni müddət ərzində Azərbaycanda:
• 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin
istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır.
• Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
• Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Ümumilikdə, 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video
silinib.
TikTok azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət yetirir. TikTok 13 və daha yuxarı
yaşlı istifadəçilər üçün platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb olunan
qeydiyyat forması təqdim olunur. Platformanın moderator komandası hesabın 13 yaşından
kiçik istifadəçiyə aid ola biləcəyini göstərən əlamətləri aşkar etmək üçün təlim keçib.
Təhlükəsizlik qrupu hesabın uşağa aid olduğuna inanarsa, o, bloklanacaq. TikTok,

sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük
platforma oldu. Belə ki, 2023-cü ildə dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi
hesabı silinib.
TikTok həmçinin hər altı ayda bir dünyanın müxtəlif ölkələrinin hökumətlərindən gələn
sorğular haqqında məlumatları ehtiva edən hesabatlar hesabatlar dərc edir, burada belə
sorğuların sayını, görülən tədbirlər və silinən məzmunun miqdarını açıqlayır.