26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur tarixçidən sensasion sözlər: Belə bir dövr olmayıb

23.12.2018

Türkiyənin TRT telekanlında yayımlanan "Payitaht Abdülhamid" serialını tənqid edən məşhur tarixçi İlbər Ortayının "tarixdə serialdakıtək Sultan Əbdülhəmid olmayıb" sözləri rezonans doğurub.
"Dövran Media" xəbər verir ki, "CNN Türk”də "Gündəm Özəl” verilişdə qonaq olan tarixçi əvvəlcə serial barədə danışmaq istəmədiyini söyləyib.
Onun sözlərinə görə, tənqidi fikirlər səsləndirəndə birmənalı qarşılanmır: "Amma belə bir Əbdülhəmid yoxdur, belə bir dövr də olmayıb”.
Tarixçi qeyd edib ki, Sultan Əbdülhəmid son dərəcə təmkinli olub, hər zaman tədbirli çıxış edib və səs tonu ilə də padişah olduğunu nümayiş etdirib.
İlbər Ortaylının fikrincə, Əbdülhəmid obrazını ən yaxşı canlandıran aktyor isə Nahid Sırrı Öztürkdür.