26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rasim Balayev: "Yenə o bağ olaydı" + VİDEO

09.08.2018

Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur.
1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır.
"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır.
Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur.
Bir sıra digər orden və medallarla təltif olunmuşdur. 1998-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.