Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə ilahiyyatçının rəsmi feysbuk səhifəsində bildirilib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.
Dövran Media olaraq mərhumun ailəsinə və xalqımıza başsağlığı veririk. Mərhumun Şaban ayının əməlləri ilə bağlı fikirlərini təqdim edirik: