27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kamal Abdullanın romanı müzakirə ediləcək

27.01.2020

Yanvarın 28-də saat 16:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti” romanının müzakirəsi keçiriləcək.
AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunacaq müzakirədə ədəbiyyatşünaslar roman haqqında fikirlərini bildirəcək, müəllifə suallarını ünvanlayacaqlar.
Qeyd edək ki, yazıçının "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi”, "Unutmağa kimsə yox”, romanlarından sonra sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.