26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlılar xilas edildi

07.12.2019

Türkiyənin Antalya şəhərində 14 ünvanda keçirilən əməliyyat nəticəsində məcburən fahişəliyə cəlb olunan üç azərbaycanlı xilas edilib. Finike, Kumluca və Almalı rayonlarında keçirilən əməliyyat nəticəsində 12 şübhəli tutulub.
Onlar qadınları fahişəliyə məcbur etmə, vasitəçilik etmə və yerlə təmin etməkdə günahkar biliniblər.
Onlar Özbəkistan və Qırğızıstandan yüksək maaşla işlə təmin edəcəkləri adı ilə gətirdikləri qadınları zorla, təhdidlə və güc tətbiq etməklə fahişəliyə məcbur ediliblər.
İnsan alverçilərinin qurbanlarından üçü azərbaycanlı, biri türk, ikisi gürcüstanlı olmaqla, altı qadın xilas edilib.
Araşdırma nəticəsində şübhəlilərin ev və avtomobillərindən 15 cib telefonu, 14 telefon kartı, beş pasport və beş sənədsiz ov tüfəngi ələ keçirilib.