27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şeron Stoun məşhur səhnəni təkrarladı - VİDEO

10.11.2019

Hollivud aktrisası Şeron Stoun Berlində GQ jurnalının "İlin qadını” mükafatının təqdimatı zamanı "Əsas instinkt” filmindən məşhur erotik səhnəni təkrarlayıb.
61 yaşlı ulduz tədbirə açıq dekolteli qara mini donda qatılıb.  O, səhnədə stulda oturub və motivasiya edən nitqlə çıxış edərək bildirib ki, həyatda əsas məsələ hər kəsin necə varsa elə də olmağıdır.
Stoun bildirib ki, ayaqlarını bir-birinin üzərindən aşırdığı məşhur səhnə onun bütün həyatını dəyişib.
"Xeyli il bundan əvvəl mən çəkiliş meydançasında oturmuşdum və rejissorum mənə dedi:  "Sən alt paltarını çıxara bilərsənmi, çünki gözə çarpır, amma o, sənin əynində olmamalıdırlar. Heç nə görünməyəcək”. Mən də dedim ki, "əlbəttə”, - deyə aktrisa yada salıb.
Onun sözlərinə görə, o, bu anın həyatını dəyişdirəcəyini başa düşməmişdi. Bundan sonra aktrisa tamaşaçılardan onun ardınca təkrarlamalarını xahiş edərək, ayağını ayağının üstünə aşırıb.