26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

15.09.2019

ABŞ Qida və dərman vasitələrinin keyfiyyətinə sanitariya nəzarəti İdarəsi (FDA) fıstıq allergiyasına qarşı ilk dərman preparatlarının effektivliyini təsdiqləyib. 
Bu barədə "Science” nəşri məlumat verir.
"AR101” adlandırılan dərman fıstığa qarşı həssas olan insanlar ondan təsadüfən istifadə etdikdə allergik reaksiyaları azalda bilər. Xəstələrə tərkibində fıstıq zülalı olan həbləri dozanı tədricən artırmaqla qəbul etmək təklif olunur. Belə ki, bunun nəticəsində bədən ona alışmalıdır.
Preparatın hazırlanması ilə 2011-ci ildən "Aimmune Therapeutics” şirkəti məşğul olur. O zaman hökumət təşkilata qida allergiyası sahəsində tədqiqatların dəstəklənməsi üçün 3,5 milyon dollar ayırmışdı.
Fıstıqlara allergik reaksiyanın simptomları qaşıntı, örə, ekzema, üz şişməsi, asqırma, astma, qarın ağrısı, arterial təzyiqin azalması və anafilaksiya ola bilər. Allergiyanın dəqiq səbəbi bilinmir.