09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TRT

thumb
Başlama tarixi - 31 yanvar 1968
Şirkət - TRT
Sahibi - Türkiye Radyo Televizyon Qurumu(1968-günümüz)
T.C. Baş Nazirlik (1968-günümüz)
Rəhbərlik - İbrahim Şahin

Tarixçə
Türkiyə Radio Televiziya Qurumu (TRT) 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə Respublikasının mülkü olaraq 1 may 1964-cü il tarixində qurulmuşdur. Həmin qanuna əsasən radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsusdur. Görülən işlər nəticəsində ilk test yayımını 31 yanvar 1968-ci il tarixində axşam saatlarında Ankaradan həyata keçirmişdir. Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verilmişdir. İlk qardaş kanalı "TV 2" açılana kimi (daha sonrakı adları "TRT 2" və "TRT Haber" olmuşdur) "TRT" sadəcə "TRT" adlanırdı. Adında proqramın, ya da xəbərin hazırlandığı vilayətin adı da olmuşdu. 6 oktyabr 1986-cı ildə "TV 2"nin yayıma başlamasına görə adı "TV 1" olmuşdu. İnkişaf edən yayım texnologiyası ilə birlikdə 1982-ci ildə qismən, 1984-cü ildə isə tam rəngli yayıma keçmişdir. 1982-ci ildə "Eurovision" bağlantı mərkəzi istifadəyə verilmişdir. "TV 1" olan adı 1993-cü ildə "TRT" olaraq dəyişdirilmişdir. Loqosu 2001 və 2009-cu illərdə böyük miqyasda dəyişən TRT sonuncu dəfə 19 may 2012-ci il tarixində loqosunu, introlarını və görüntü ölçüsünü dəyişərək 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir. Həmin gündə "HD" keyfiyyətində yayımlanan "TRT HD" kanalı açılmışdı.