25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Star Tv

thumb
Başlama tarixi 1 mart 1989
Şirkət Işıl Televizyon Yayıncılık
Sahibi Ahmet Özal (1989-1992)
Cem Uzan (1989-2004)
Doğan Yayın Holding (2005-2011)
Doğuş Yayın Grubu (2011-indi)

Tarixçə
Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi.

Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radiyo və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi.