27 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir müavini: Buna görə işçi qruplar yaradılır

01.03.2019

"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.
"Dövran Media"nın xəbərinə görə, təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu Azərbaycan hökuməti ilə Avropa Ittifaqının birgə layihəsidir.
O bildirib ki, müasir dövrdə elm və təhsilin qarşısında böyük çağırışlar dayanır.
Bu sahəyə dövlət tərəfindən xüsusi diqqətin olduğunu söyləyən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" sərəncam imzaladığını xatırladıb: "Sərəncamla bütün elm, təhsil və sənaye müəssisələrinə bütün sahələrdə innovasiya fəaliyyətinin inkişafına diqqət yetirilməsi tapşırılıb. İnnovasiyaların inkişaf etdirilməsi üçün İşçi qruplar yaradılır və bu məsələ Prezident Administrasiyası tərəfindən tənzimlənir".
F. Qurbanov qeyd edib ki, doktorantura səviyyəsi üzrə də innovativ layihələrin icrası planlaşdırılır.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, ali təhsildə rəqabətliliyinin artırılması üçün innovasiya layihələri gücləndirilməli və beynəlxalq əməkdaşlığa diqqət yetirilməlidir.
Təqdimat çıxışlarla başa çatıb./ona/