26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğandan Maduroya dəstək - “Dik dur, yanındayıq”

24.01.2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela rəhbəri Nikolas Maduroya dəstək nümayiş etdirib.
"Dövran Media" xəbər verir ki, Ərdoğan Maduroya zəng edərək yanında olduğunu bildirib:
"Maduro qardaşım! Dik dur, yanındayıq”.
Bu barədə Türkiyə prezidentinin mətbuat sözçüsü İbrahim Kalın Tvitterdəki hesabında #WeAreMADURO həştəqi ilə paylaşım edib.
Qeyd edək ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido prezidentliyini elan edib. ABŞ başda olmaqla Amerika qitəsindəki 34 ölkə də onun prezidentliyini tanıdığını elan edib.
Rusiya, Meksika və Boliviya isə Maduronun yanında olduqlarını açıqlayıblar.