26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qərargah: İbadət yerlərinin açılması məsələsi yoxdur

30.05.2020

Nazirlər Kabinetinin ötən gün qəbul etdiyi "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarda maska taxmağın məcburi olduğu yerlər açıqlanıb. Bu yerlər sırasında ibadət yerlərinin də qeyd edilməsi yaxın zamanlarda ibadət yerlərinin açıla biləcəyi ilə bağlı sual doğurub.

Məsələ ilə bağlı açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, metodiki göstərişlər həm açılan, həm də açılmayan yerlər üçün nəzərdə tutulur: "Hər şey vəziyyətdən, yoluxmanın səviyyəsindən asılıdır. İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur. Ümumiyyətlə qapalı yerlərdə kütləvi toplantıların olması məsələsi hələ ki, yoxdur”.