26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maska taxmayanlar məsuliyyətə cəlb olunacaq - QANUN

29.05.2020

Karantin rejiminin tələblərinə, maskalardan istifadə olunmasına ciddi nəzarət olunacaq.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

"Qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunacaq. Tələbələrə riayət edilməməsinə görə, cəzanın miqdarı müəyyənləşdirilməyib. Bu qərar Milli Məclisdə müzakirə olunacaq. Artıq cərimələrdən yayınmaq mümkün olmayacaq", - İ.Məmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, ölkədaxili uçuşlar gələn həftədən bərpa oluna bilər:

"Lakin beynəlxalq uçuşlara qadağa 15 iyunadək uzadılır. Bu, digər ölkələrdə karantin rejimi ilə bağlı qəbul olunan qaydalardan asılıdır. Beynəlxalq uçuşlar bərpa olunacağı təqdirdə başqa ölkələrdə koronavirus testindən keçən şəxslərin nəticələrinin tanınmasına ehtiyac var. Burada əsas məqsəd test nəticəsi neqativ çıxan şəxsin yenidən karantinə alınmamasıdır" .

İbrahim Məmmədov bildirib ki, mayın 27-də Moskvadan 174 nəfər Azərbaycana gətirilib:

"Eyni zamanda Hindistan, Gürcüstandandan vətəndaşlarımız gətirilib. Mayın 30-da Londondan 40-50 nəfərin ölkəmizə gətirilməsi planlaşdırılır".

İbrahim Məmmədov qeyd edib ki, ölkəmizdə 10 milyondan artıq maska ehtiyatı var.