26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

191 yoluxma, iki VƏFAT

28.05.2020

Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Azərbaycan Respublikasında 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 125 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Operativ Qərargahdan REAL-a verilən məlumata görə,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3022 nəfər müalicə olunaraq sağalmış, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.