27 05 2020-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

174 vətəndaşımız ölkəyə gətirilir

22.05.2020

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Elvin Süleymanlı məlumat verib.

O bildirib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi İstanbuldan çarter reysi ilə həyata keçirilir: "Bu gün Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi üçün növbəti çarter reysi təşkil olunur. Bundan öncə 215 vətəndaşımızın ölkəyə qayıtması təmin edilib. Bu gün isə daha 174 vətəndaşımız ölkəyə gətiriləcək”.
E. Süleymanlı qeyd edib ki, Türkiyədəki azərbaycanlıların ölkəyə qayıtması üçün edilən müraciətlər operativ şəkildə dəyərləndirilir: "Aralarında yaşlılar, xəstələr, körpə uşaqları olan və çətin vəziyyətdə olan ailələr daha tez yola salınır”.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.