27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yardımlıya qar yağır

08.04.2020

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 6-da axşam saatlarından başlayaraq Talış dağlarında qarla müşayiət olunub.

Yardımlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyevin verdiyi məlumata əsasən, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmayıb.

Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Lerik, Astara və Lənkərana da qar yağıb. Hazırda cənub bölgəsinin ucqar dağlıq ərazilərində qarın yağması davam edir.