26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DGK İrandan qayıdan Gürcüstan vətəndaşı barədə məlumatı - VİDEO

27.02.2020

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
DGK-dən Trend-ə bildirilib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb:
"Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb".