26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı

24.02.2020

İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.
Bu barədə trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, İrandan "Sədərək" Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir:
"Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir".