27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək

24.02.2020

İran Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək, hökumət minimal itkilərlə bu problemin öhdəsindən gəlməyə çalışacaq.
"RİA Novosti”nin məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bəyan edib.
"Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar tərəfindən xalqın sağlamlığı üçün lazımi tədbirlər görüləcək. Ən qısa müddətdə minimum itkilərlə xəstəliyə nəzarət etmək istəyirik”, - deyə o bildirib.
İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. Onlardan səkkizi ölümlə nəticələnib. Yoluxma Qum şəhərindən başlayıb.
Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər. Artıq ölkənin bir neçə əyalətində təhsil müəssisələri bağlanılıb, kütləvi tədbirlər ləğv edilib.