26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MSK DSK-nın qərarını qüvvədə saxlayıb

22.02.2020

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 30  saylı Suraxanı Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizədlər Ziya Quliyev, Afiq İsrafilov və digərlərinin müraciətlərinə baxılıb.
Məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, araşdırma zamanı namizədlərin 30 saylı Suraxanı Birinci Seçki Dairəsində seçkidə pozuntulara yol verilməsi ilə bağlı iddiaları təsdiqini tapmayıb.
MSK müvafiq Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb, şikayəti təmin etməyib.
Qeyd edək ki, 30  saylı Suraxanı Birinci Seçki Dairəsində lider namizəd Sevinc Fətəliyevadır.