27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belçikadan PKK-ya açıq dəstək

29.01.2020

Belçika Ali Məhkəməsinin PKK terror təşkilatı ilə əlaqəli 36 nəfər barədə 2010-cu ildə açılmış cinayət işi əsasında aparılan istintaq materiallarına aid məhkəmənin dayandırılması haqqında qərarı təsdiqləməsi hüquq prinsiplərinin ayaq altına atılmasıdır.
Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan açıqlamada əksini tapıb.
Vurğulanır ki, Türkiyəyə hüquqla bağlı tövsiyə vermək istəyən bir ölkənin ideoloji səbəblərdən terror təşkilatını müdafiə etməsi yolverilməzdir. Belçika Ali Məhkəməsinin bu qərarı aralarında körpə və azyaşlıların da olduğu 40 mindən çox Türkiyə vətəndaşının öldürülməsində məsuliyyət daşıyan, Avropa İttifaqının da terror təşkilatları siyahısına daxil etdiyi PKK-ya açıq dəstəyin ifadəsidir.
Qeyd olunur ki, bu ədalətsiz qərar təkcə PKK-nı deyil, Belçika xalqını da mərhəmətsizcəsinə hədəfə alan İŞİD kimi terror təşkilatlarını da stimullaşdırır.
Türkiyə bu ziddiyyətli qərarın düzəldilməsi üçün Belçika hökuməti tərəfindən müvafiq addım atılacağını və bu ölkənin PKK terror təşkilatına qarşı mübarizəni gücləndirəcəyini gözləyir.
Diqqətə çatdırılır ki, Türkiyə bütün hallarda ədalətin tərəfindədir və bəşəriyyətə ən böyük təhdidlərdən biri olan terrorun bütün formalarına qarşı mübarizəsini sonadək davam etdirəcək.