27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni sikkələr dövriyyəyə buraxılacaq

27.01.2020

Böyük Britaniyanın Maliyyə naziri Səcid Cavid ölkənin gələn həftə Avropa İttifaqından çıxması (Brexit) münasibətilə yeni xatirə sikkəsini təqdim edib.

Nazir Avropa İttifaqından ayrılmağın Britaniya tarixində dönüş nöqtəsi olduğunu və sikkələrin bu yeni fəslin başlanğıcını göstərdiyini söyləyib.
Üç milyona yaxın "Brexit” sikkəsi cümə günündən etibarən dövriyyəyə buraxılacaq, daha yeddi milyonu isə ilin sonunda əlavə ediləcək.
Üzərində sülh, firavanlıq və bütün millətlərlə dostluq yazısı və 31 yanvar tarixinin əks olunduğu sikkələrdən biri Baş nazir Boris Consona təqdim ediləcək.