27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qara qutu İranda qalacaq - Rəcəbi

26.01.2020

Tehran yaxınlığında vurulan Ukraynaya məxsus "Boinq-737” sərnişin təyyarəsinin qara qutusu İranda qalacaq və burada oxunacaq.
Bunu iranlı deputat Fərəcullah Rəcəbi deyib.
Onun sözlərinə görə, qara qutudakı məlumatların öyrənilməsilə İranın Yollar və Şəhər inkişafı Nazirliyi məşğul olacaq.
Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.