26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akşenerin zəlzələ xəbərinə reaksiyası gündəm oldu - VİDEO

25.01.2020

Zəlzələni canlı yayımda öyrəndi, reaksiyası alqış qazandı
Türkiyəli siyasətçi, İYİ partiyanın sədri Meral Akşener Elazığda baş verən zəlzələni "Tele1" telekanalının canlı yayımında qonaq olan zaman öyrənib.
Uğur Dündarın aparıcılığı ilə yayımlanan "Siyaset arenası" verilişində zəlzələdən xəbər tutan Meral Akşener, zalda əyləşənlərdən həlak olanlar üçün Fatihə sürəsinin oxunmasını xahiş edib.
O, bu xəbərdən sonra siyasətdən danışmağın uyğun olmadığını bildirərək, aparıcıdan verilişi yekunlaşdırmağı istəyib. Akşenerin bu addımı sosial mediada alqışla qarşılanıb.
Qeyd edək ki, baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 18 nəfərin öldüyü, 500-dən çox yaralının olduğu bildirilir.