26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan XİN: Türkiyəyə hər cür yardım göstərməyə hazırıq

25.01.2020

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirib.
"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.
Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.