26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şadlıq evində tavan uçdu: ölən var

21.01.2020

Xaçmazda şadlıq evində ölüm hadisəsi baş verib.
Xəbər verildiyi kimi, hadisə "Aygün” şadlıq sarayında qeydə alınıb.
Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədov Rəşid Hümmət oğlu şadlıq evinin toy zalındakı gipsalitdən olan asma tavanında çilçıraq bağlayarkən tavanın bir hissəsi uçub.
Nəticədə, altı metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.
Qeyd edək ki, R.Məmmədov şadlıq evində fəhlə olaraq çalışıb.
Faktla bağlı araşdırma aparılır.