26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: "Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik"

20.01.2020

Türkiyə hazırda Liviyaya yalnız hərbi məsləhətçi və təlimatçılarını göndərib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk jurnalistlərinə açıqlamasında deyib.
"Hazırda oraya (Liviyaya – red.) hərbi qüvvə göndərmirik. Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik", - deyə R. T. Ərdoğan bildirib.
Onun fikrincə, Rusiya və Türkiyə liderlərinin Liviyada atəşkəs rejiminə riayət edilməsi çağırışı yeni siyasi həll imkanlarını açacaq: "Siyasi həll yolunda səylərimizin bir hissəsi olaraq Berlində Liviya ilə bağlı sammitdə iştirak etdik. 55 bənddən ibarət sammitin bəyannaməsini qəbul etdik" siyasi proses üçün fürsət açılacaq. Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq".
Bununla yanaşı, Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftarı "terrorçu" hesab etdiyi üçün onunla danışıqlar masası arxasında oturacağını mümkünsüz olduğunu bildirib.