26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Conson: "Münasibətlər normallaşa bilməz"

20.01.2020

Rusiya nə qədər ki Böyük Britaniyanın və onun müttəfiqlərinin təhlükəsizliyini təhdid edəcəksə, bu müddətdə rəsmi Londonla Moskva arasında münasibətlər normallaşa bilməz.
bu sözləri Britaniyanın Baş Naziri Boris Conson Berlində Liviya üzrı beynəlxalq konfrans çərçivəsində Rusiya Prezidenti Vladimir Putinə deyib. Məlumatı Britaniya hökuməti rəhbərinin dəftərxanası yayıb.
"Baş Nazir Rusiyanın Böyük Britaniyanı və onun müttəfiqlərini təhdid edən, vətəndaşlarımızın təhlükəsizliyini və kollektiv təhlükəsizliyi pozan hərəkətləri dayandırmayacağı müddətdə ikitərəfli münasibətlərimizdə heç bir normallaşmanın olmayacağını deyib”, - deyə məlumatda qeyd olunub.
Conson, həmçinin vurğulayıb ki, "Londonun Solsberi məsələsinə dair mövqeyi dəyişilməz olaraq qalır”.