27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin iclası başladı

04.05.2018

Milli Məclisin növbəti plenar iclaı başlayıb.
"Dövran Media"nın məlumatına görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir. Spiker bildirib ki, iclasın gündəliyinə 23 məsələ daxildir. 
Bunlar aşağıdakılardır:
- "Deputatın statusu haqqında” qanuna dəyişiklik;
-  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında;
- "Torpaq islahatı haqqında" qanuna dəyişiklik; 
- Torpaq Məcəlləsinə dəyişiklik ;
- "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik; 
- "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik; 
- "İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik; 
- "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;
- "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanuna dəyişiklik; 
- "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklik; 
- "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna dəyişiklik; 
- "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişiklik; 
- "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" qanuna dəyişiklik; 
- "Mədəniyyət haqqında" qanuna dəyişiklik; 
- "Məlumat toplularının hüquqi qorunması haqqında" qanuna dəyişiklik; 
- "Memarlıq fəaliyyəti haqqında" qanuna dəyişiklik; 
- "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna dəyişiklik; 
- "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik; 
- "Sosial sığorta haqqında" qanuna dəyişiklik; 
- "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ikinci oxunuşda.