27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NASA Yupiterdə su buxarı olduğunu təsdiqlədi - VİDEO

19.11.2019

NASA alimləri Yupiterin "Avropa” peykinin səthində su buxarı olduğunu təsdiqləyiblər.
Bu barədə "Science Alert” məlumat yayıb. Astronomlar "Havay” rəsədxanasında göy cisimlərində atmosferin kimyəvi tərkibini təyin etmək üçün 17 müşahidə aparıb və nəticələrini təhlil ediblər.
Tədqiqatçılar su buxarının əvvəllər hesab edildiyi kimi, aktiv formada deyil, ayrı-ayrı sıx püskürmələr şəklində meydana gəldiyi qənaətinə gəliblər.
Bu günə qədər "Avropa” peykində maye halda su aşkar edilməyib.
Lakin peykin səthindən olimpiya hovuzunu bir neçə dəqiqəyə doldura biləcək qədər su buxarı ayrılır.