27 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Feysbuka rəqib sosial şəbəkə yaradıldı

19.11.2019

"Vikipediya”nın yaradıcısı Cimmi Vels (Jimmy Wales) Feysbuka rəqib olacaq sosial şəbəkə platforması yaradıb.
Report xəbər verir ki, "istifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə qurulan şəbəkənin adı "Wt:social” olacaq.
Məlumata görə, platformaya üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.
Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib.