26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadın pişiklərə görə yüksək maaşdan imtina etdi

13.11.2019

İngiltərənin Doliş şəhərində Treysi Atkin yüksək maaşlı işindən imtina edərək, pişiklər üçün tikilən sığınacaqda işə başlayıb.
54 yaşlı Treysi iş stresini atmaq üçün Bella adlı pişik saxlamağa başlayıb.
Pişiyə məhəbbəti o qədər artıb ki, pişiklər üçün sığınacaqda əvvəlcə könüllü olaraq başladığı işdə az məvaciblə, daimi işləməyə qərar verib:
"Pul əsas deyil, əsas olan məmnun olduğun işi görməkdir”, - deyən Treysi bu məvaciblə də ildə iki-üç dəfə dünya səyahətinə çıxa bildiyini vurğulayıb.
Təkcə 2018-ci ildə onun işlədiyi xeyriyyə cəmiyyəti Britaniya ərazisində 44 mindən çox vətəndaşın pişiklərə sahib çıxmasına kömək olub.