27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəzza bombalandı - Ölənlər var

13.11.2019

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı on nəfərə çatıb.
Bu barədə yerli Səhiyyə Nazirliyinin sözçüsü Vafaa Yagi məlumat yayıb.
Bundan əvvəl yeddi nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilirdi.
"İsrailin təcavüzü nəticəsində səhər saatlarında fələstinlilər arasında 10 nəfər ölüb, 45 nəfər yaralanıb”, - nazirlik nümayəndəsi belə deyib.
Fələstin anklavının sərhədlərində son aylardakı ən böyük gərginlik İsrail Hərbi Hava Qüvvələrinin Qəzzadakı "İslam Cihadı” qruplaşmasının komandiri, İsrail vətəndaşlarına və hərbi qüvvələrə qarşı yüzlərlə terror hücumlarına görə məsuliyyət daşıyan Bahi Əbu-Atanı məhv etməsindən sonra baş verib.