27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının Rusiyaya notasına REAKSİYA GƏLDİ

17.10.2019

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiyaya verdiyi notaya münasibət bildirib.
 Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib.
"Deyə bilərəm ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında çoxdandır ki, Azərbaycan hökumətinin xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik yeddi rayona səyahət edən vətəndaşların Azərbaycan tərəfi ölkəyə girişinə qadağa qoyur. Bu xəbərdarlıq saytda yerləşdirilib. Bu aktual xəbərdarlıqdır və bu hamıya aiddir”, - deyə M.Zaxarova qeyd edib.