27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı

15.10.2019

Nubar Ozanyan adına Suriya-erməni könüllüləri batalyonu Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşəcək.
Bu barədə "eadaily.com" portalı məlumat yayıb. Sözügedən batalyon bununla bağlı müvafiq bəyanat yayıb.
Saytda yerləşdirilən bəyanatda bildirilir ki, erməni batalyonu Türkiyə ordusunun apardığı mübarizədə kürdlərə qoşulmaq üçün Tel- Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.
Onlar Türkiyə ordusunun Suriyanın şimal-şərqində başladığı əməliyyatın işğalçılıq məqsədi daşıdığını iddia edərək kürd, erməni, suriyalı, ərəb və digər xalqların öz torpaqlarına sahib çıxmağa çağırıblar. 
Qeyd edək ki, Nübar Ozanyan fəal kommunist və bir sıra silahlı qarşıdurmaların iştirakçısı olub. Uzun illər Fransada yaşayıb. Suriyada kürdlərin tərkibində vuruşub, 2017-ci ildə öldürülüb.